Şad Oğlanlar Teatrının rəsmi saytı | Dil seçimi:    

Reklam


Reklam


Reklam

Arif Quliyev ilə müsahibə 
  24 декабря 2009  Müəllif:Faiq  Xəbərlər

Arif Quliyev ilə müsahibə
ARİF QULİYEV: Siz istənilən dövlətdə, həmin dövlətin musiqi və rəqslərini çox yüksək səviyyədə göstərirsiniz.

Bu böyük bir istedad və yenilikdir.



Şad Oğlanlar qrupunun fəaliyyəti ilə bağlı sualları cavablayan musahibimiz Azərbaycan Respubilkasının Xalq artisti, sevimli yumor aktyorumuz Arif Quliyevdir.


- Arif müəllim salam. Sualı belə qoyaq: Şad Oğlanlar teatrının fəaliyyətini necə dəyərləndirirsiniz?

- Mən Sizin Şotlandiya və Tacikistanda keçirdiyiniz konsertlərə disk vasitəsi ilə baxmışam. Çox marağlı idi, baxdıqcan adam baxmaq istəyir, elə bil konsertin qurtarmasını istəmirdim. Adam baxmaq və yenədə baxmaq istəyir...

- Sizi həmin konsertlərdə ən çox maraqlandıran nə idi?

- Maraqlı o idi ki, Azərbaycan musiqilərindən əlavə olaraq Konsertin sonunda, Şotlandiyanın musiqi alətlərində siz necədə gözəl ifalar edirdiniz. Siz o millətin qiyafəsində, yani onların milli libasında çıxış edəndə, konserti salondan izləyən yerli Şotlandiya tamaşaçıları sizi ayağ üstə alqışlaması məni çox kövrəltdi. Bu milli qürürumun və sevincimin göz yaşları idi.

- Biz demək olar ki, bütün Millətin və dövlətin milli-mədəni adətlərini çox gözəl bilirik və o hissələri konsertimizin sonunda təqdim edərkən bu məqam konsertin bütün tamaşaçılarına xüsusi zövq verir...

- Təmami ilə dogru deyirisniz, bizim milli musiqilərdən sonra, Siz konsertlərinizin sonuna yaxın , həmin xarici dövlətlərin milli paltarlarını geyinərək, onların milli musiqilərini ifa etdikdə həqiqətən çox istedadlı olmanızı sübut edirsiniz. ... Maraqlıdır ki, Siz istənilən dövlətdə,həmin dövlətin musiqi və rəqslərini çox yüksək səviyyədə göstərirsiniz. Bu böyük bir istedad və yenilikdir.

- Kanada da olan tədbirimizi izlədinizmi?

- Xeyr, amma Tacikistanda olan Konsertinizədə disk vasitısi ilə baxmışam. Orada sizin teatrınızın sənətçi qızları Tacik mahnısını oxuyub, oynayanda hədsiz dərəcədə heyrətləndim. Mən inanıram ki, siz hansısa dövlətdə cəmi bir dəfə Konsert verdikdə, həmin dövlətin Konsert təşkilatçıları tərəfindən ildə ən azı iki dəfə rəsmi dəvət alacaqsınız. Mən buna tam əminəm.

- Arif müəllim, Bizim qrupumuzun digər Konsert verən qruplardan fərqləndirən cəhəti nədə görürsünüz?

- Mən onu bilirəm ki, hər hansısa tədbirlər qətiyyən quru Konsertlərdən ibarət olmamalı və tamaşaçılar çox təəcüblənməlidir. Bugün çoxları Konsert xatirinə, elə-belə Konsert verir... Amma sizdə isə elə deyil. Siz həm bizim- Azərbaycanımızın milli-musiqilərini təbliğ edirsiniz və qonağı olduğunuz dövlətin adət-ənənəsi ilə, onlarında musiqlərini və tarixi rəqslərini oynayıb Konsert verdiyiniz dövlətin vətəndaşlarınada xüsusi ləzzət veririsiniz. Həmin insanların yaddaşında şirin xatirələr qoyursunuz.
Deməli, sizin Konsertləri nəyin ki, həmvətənlilərimiz, hətta xarici vətəndaşlarda rahat şəkildə bilet alıb izləyə bilərlər...

-Kolektivimizin gələcəyini necə görürsünüz?

- Mən inanıram ki, ən uzağı bir-iki ilə qədər Sizin istedadınıza bütün avropa bələd olacaq. Bu isə Azərbaycanın mədəniyyət sahəsində çox yüksək uğuru deməkdir.

-Teatrımıza arzunuz?

-Sizə yalnız və yalnız uğurlar arzu edirəm. Bu qədər istedadlı bir kollketivə uğurlardan başqa nə arzu etmək olar ki? Dil ilə ifadə edilməyən istedada və yeniliklərə qadirsiniz...

-Müsahibə üçün sağ-olun.

- Siz sağ-olun ki, Azərbaycanın necə istedadlı bir ölkə olmasını dünya dövlətlərinə sübut edirsiniz.
 (голосов: 5)

www.showazeri.com | Şad Oğlanlar Teatrının rəsmi saytı | Tel: (99455) 7252101

Maraqlı

---



---
Sorğu

Saytımıza hansı dövlətdən daxil olursunuz?
Azərbaycan
Türkiyə
Rusiya
Almaniya
İsveç
Kanda
Fransa
Digər


---
Dostlar

www.qaynar.info
www.borchali.net
---


Şad Oğlanlar Teatrının Rəsmi saytı 2009 | www.showazeri.com | sevimli_aktyor@mail.ru
(99455) 7252101